Belarusun İrəvandakı səfiri Aleksandr Konyuk diplomatik missiyasını yerinə yetirmək üçün Ermənistanı özü seçdiyini deyib.
Teleqraf.com xəbər verir ki, səfir bu barədə “Sputnik Ermənistan” açıqlamasında danışıb.
Konyuk Xarici İşlər Nazirliyinə gəlməzdən əvvəl 9 il Belarus baş prokuroru vəzifəsini tutub. Yeni vəzifəyə təyin edilməzdən əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Konyuka iki ölkə seçimi təklif edib.
“Kuba ilə Ermənistan arasında seçim etdim. Artıq Kubada olmuşam, çox maraqlı və rahat insanlar da var, amma Ermənistanı üstün tutdum”, - diplomat bildirib.
O, Ermənistanın baş prokuroru Artur Davtyanın onun dostu olduğunu, İrəvana gələndə onunla görüşdüyünü söyləyib.
Konyuk Ermənistanın ona daha yaxın olduğunu bildirib.