3 Noyabr 2014 11:19
1 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsəd Çeçenistan muxtar respublikasının başçısı Ramzan Kadırovu ölkəsinə dəvət edib.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə Kadırov açıqlama verib. Onun sözlərinə görə, dəvəti Suriyanın Moskvadakı səfiri Şeyx Əhməd Bədrəddin Əl-Xassun çatdırıb.

O bildirib ki, bəzi dünya ölkələri çeçenləri terrorist kimi tanıyır və onların Suriyada həlak olmasını terrorla mübrizə adlandırır: “Ancaq Suriyada ölən çeçenlər 20 il əvvəl Çeçenistanı tərk edərək bu ölkədə yaşayan şəxslərdir. Beynəlxalq cəmiyyət onlarla ölkədən Suriyaya gələn və terrorda iştirak edən vətəndaşları beynəlxalq cəmiyyət görmür”.

Kadırov həmçinin Qərbin əsas niyyətinin müsəlmanları qırmaq olduğunu deyib: “Qərb milyonlarla müsəlmanı müharibəyə sövq edib, onları bir-birilərini qırmağa məcbur edir”.

Samir


Müəllif:

Oxşar xəbərlər