9 İyun 2021 17:41
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Zelenski Rusiyanın Ukrayna sərhədlərindən geri çəkdiyi əsgərlərinin sayının az olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna lideri bu barədə Kanada Baş naziri Castin Trüdo ilə telefon danışığı zamanı deyib.

Tərəflər “Böyük yeddiliyin” sammiti və NATO zirvə görüşündən əvvəl fikir mübadiləsi aparıb.

Donbasdakı vəziyyətlə bağlı Kanada baş nazirinə məlumat verən Zelenski bildirib ki, Rusiyanın sərhədən geri çəkdiyi hərbçilərinin sayı azdır.

Prezident Zelenski “105 min rus əsgərindən sadəcə 11 min nəfəri geri çəkildi” ifadəsini işlədib. Bildirib ki, problemin sülh yolu ilə həlli üçün Rusiyaya beynəlxalq təzyiq həyata keçirilməlidir.

Kanada baş naziri isə Ukraynanın ərazi bütövlüyü və süverenliyinə olan sarsılmaz dəstəyini ifadə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər