NATO Baş katibi Yens Stoltenberq hərbi ittifaqın zirvə görüşü öncəsi mətbuat konfransı keçirərək Əfqanıstandakı beynəlxalq hava limanı və Türkiyənin rolu haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, baş katib NATO-nun Əfqanıstandakı hərbi mövcudluğuna son verdiyini, ancaq ölkənin təhlükəsizliyini dəstəkləməkdə davam edəcəyini bəyan edib.
Stoltenberq Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanının fəaliyyətinin davam etməsi üçün təminatın önəminə diqqət çəkərkən Türkiyəyə vurğu edib:
“Türkiyə hava limanının işləməsi mövzusunda önəmli müttəfiqdir. Hazırda Türkiyə ilə müttəfiqlər arasında hava limanına necə dəstək verməyə davam edəcəyimiz mövzusunda müzakirələr davam edir”.