15 İyun 2021 08:05
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da polis zorakılığı əleyhinə keçirilən aksiyanın iştirakçılarına hücum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Minneapolis Polis Departmentinin tvitterdəki hesabında bildirilib.

Qeyd edilir ki, naməlum şəxs avtomobilini polis zorakılığına qarşı aksiya keçirən 40-50 nəfərlik qrupun üzərinə sürüb. Nəticədə azı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri - orta yaşlı qadın xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alan diğər 3 nəfərin müalicəsi davam edir, onların həyatı üçün hər hansı təhlikə yoxdur.

Hadisəni törədən şəxs saxlanılıb. Hücumun səbəbi araşdırılır.


Müəllif: Teleqraf.com