15 İyun 2021 10:03
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 18-də İstanbulda Türkiyə, Pakistan və Əfqanıstan nümayəndə heyətləri arasında görüş keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan Xarici işlər naziri Şah Mahmud Qüreyşi açıqlama verib.

Qüreyşi bundan əvvəl Türkiyə, Pakistan və Əfqanıstan arasında keçirilən görüşdə bölgədə sülh prosesinin müzakirə olunduğuna diqqət çəkib.

Nazir iyunun 18-də keçiriləcək görüşdə də Əfqanıstandakı son durumun müzakirə olunacağını bildirib.

Əfqanıstan sərhədlərinin təhlükəsizliyi ilə əlaqədar İslamabadın hər şeyi etdiyini deyən Qüreyşi İŞİD terror təşkilatının bu ölkədə artan fəaliyyətlərinin nrahatlıq yaratdığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu