15 İyun 2021 12:13
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Silahlı Qüvvələri HƏMAS-ın Qəzzadan raket hücumları ehtimalına qarşı “Dəmir günbəz” hava müdafiə sistemlərini aktivləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail mətbuatında məlumat yayılıb.

Məlumata görə, İsrail ordusu HƏMAS-ın raket hücumu narahatlığına cavab olaraq, strateji nöqtələrə əlavə batareyalar göndərib.

Qeyd edək ki, İsraildən Əqsa məscidinin yaxınlığında bayraq yürüşünün keçiriləcəyinin açıqlanmasından HƏMAS buna raketlə cavab verəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu