15 İyun 2021 13:44
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Qarabağda yerləşib, Amerika isə bölgədə yoxdur, bu, Vaşinqtonu müəyyən qədər narahat edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya və ABŞ prezidentləri arasında sabah keçiriləcək görüşə diqqət çəkib:

“Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər. Rusiya və ABŞ liderləri eyni zamanda, strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Putin və Bayden Qarabağ barədə nə danışa bilərlər? Rusiya Qarabağda yerləşib, Amerika isə bölgədə yoxdur və bu Vaşinqtonu müəyyən qədər narahat edir. Rusiyalı rəsmilər və diplomatlar sözdə deyirlər ki, Rusiya, ABŞ və Fransanın timsalında həmsədrlərin fəaliyyətini davam etdirməsini istəyirlər, ancaq əlavələrini də unutmurlar: “Azərbaycan və Ermənistan danışıqlarda maraqlı olmalıdırlar”.

Biz həmsədrlərin fəaliyyətində maraqlı deyilik, çünki gəlib “statusdan” danışacaqlar, bu isə maraqlarımıza cavab vermir. Əlbəttə, Ağdam ətrafında minalanmış xəritələrin ermənilərlə əvəz olunmasında amerikalı diplomatların rolu oldu. Buna görə Vaşinqtona minnətdarıq. ABŞ-ın elə bu çərçivədə də fəaliyyətini davam etdirməsini istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər