16 İyun 2021 00:14
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində 223 846 nəfərin COVID-19 testi yoxlanıb.

Teleqraf.com xəbər verir ki, ölkədə günlük yoluxma sayı 5955 nəfər təşkil edib.

84 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 211 022 nəfərə çatdığı bildirilib. Onlardan 4186 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 886 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.


Müəllif: Teleqraf.com