17 İyun 2021 09:59
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki amerikalı əsgər insan qaçaqmalçılığı edərkən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Texas ştatında baş verib.

Hebbronvil şəhərindəki nəzarət nöqtəsində yaxalanan iki sərhədçi “insan qaçaqmalçılığı ilə məşğul olmaq” ittihamı ilə məhkəməyə verilib.

Məhkəmədə əsgərlər 1000 dollar qarşılığında miqrantları Zapa sərhəd nəzarət məntəqəsindən San-Antonio şəhərinə aparmaq üçün razılaşdıqlarını etiraf ediblər. Əsgərlər 75 min dollar cərimə qarşılığında müvəqqəti azad olunublar.


Müəllif: Cavad

Oxşar xəbərlər