Güclü leysan yağışları Krımda çıxılmaz vəziyyət yaradıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinin məlumatına görə, xilasedicilər təxminən 1800 nəfəri su basmış ərazilərdən insanları təxliyə edib.
“Daşqın zonalarında qalan əhalinin təxliyəsi həyata keçirilib, onların sayı 321-i uşaq olmaqla ümumilikdə 1773 nəfərdir”, - deyə Fövqəladə Hallar Nazirliyinin veb saytında bildirilir. Onlar müvəqqəti yaşayış yerlərinin beş məntəqəsində - otellərdə və sanatoriyalarda yerləşirlər.
Kerçdə elektrik təchizatı artıq bərpa edilib. Suda bulanıqlığın artması səbəbindən su tədarükü də həyata keçirilir.
Yaltada daşqın nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb. Daşqından sonra səliqə-sahman yaratmaq üçün Yaltanın bütün görməli yerlərinə giriş üç gün müddətinə bağlanıb.
Krım rəsmiləri daşqın qurbanlarına birdəfəlik 10 min rubl ödəməyə söz verib. Ziyan dəymiş əmlak üçün isə 50-100 min rub aralığına təzminat ödəniləcək.
Sinoptiklər iyunun 20-də yeni güclü yağışların olacağı barədə xəbərdarlıq ediblər. Daşqın gözlənilir.