19 İyun 2021 17:28
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan ən azı 56 üzvü miqrasiya böhranı ilə əlaqədar vitse-prezident Kamala Harrisdən Prezident Co Baydenə şikayət edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısına müraciəti konqresmen Qlenn Qrotman “Tvitter”də yerləşdirib.

O qeyd edib ki, Harris hələ də Birləşmiş Ştatlar sərhədini ziyarət etməyib.

“İnsanlarla yerindəcə danışmasanız gerçək vəziyyəti bilməyiniz mümkün deyil. Mən və mənim 55 həmkarım bu məktubu prezidentə göndərdik. Biz Kamala Harrisin vəzifədən uzaqlaşdırılmasını tələb edirik”, – deyə Nümayəndələr Palatasının üzvü qeyd edib.

Respublikaçılar, həmçinin, vitse-prezidenti miqrasiya böhranının həllinə yanaşmasına görə tənqid edib və problemin təkcə Mərkəzi Amerikada yox, ölkənin cənubunda da mövcud olduğunu söyləyiblər.

Qeyd edək ki, Kamala Harris iyunun 7-də Qvatemala Prezidenti Alexandro Cammattei ilə keçirdiyi mətbuat konfransında miqrantlara ABŞ-a qeyri-leqal yollarla gəlməmək xahişi ilə müraciət edib. O, ölkəyə girişin leqal və daha az təhlükəli yollarının olduğunu xatırladıb.

Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Aleksandriya Okasio-Kortes onun bu bəyanatını tənqid edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər