Venesuelada ölkənin hava sərhədlərini pozan “King 200” tipli naməlum təyyarə vurulub.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes açıqlama verib. Onun sözlərinə görə, hökumət qüvvələri tərəfindən vurulan təyyarə Apure ştatının Elorsa şəhəri yaxınlığında yerə çırpılıb.
Lopes ekipaj üzvlərinin taleyinin, həmçinin təyyarənin hansı ölkəyə məxsusluğunun və hava məkanını pozma səbəblərinin araşdırıldığını deyib.
Samir