22 İyun 2021 23:26
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Oklahoma ştatında polis Amerika prezidenti Cozef Baydeni, konqresmenləri və onların ailə üzvlərini öldürmək təhdidində ittiham olunan 58 yaşlı Con Arensi həbs edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Amerika Ədliyyə Nazirliyinə istinadən “Associated Press” xəbər verib.

Nazirliyin məlumatına görə, amerikalı iki ay ərzində yerli telekanal KOTV-yə (Newson6) mesajlar göndərərək, pul verilməyəcəyi təqdirdə siyasətçiləri öldürməklə hədələyib.

“Məmurları və ailələrini öldürmək üçün onlayn təhdidlərin nəticələri var. Həbs və ittiham aktı insanların iddia etdikləri hərəkətlərə görə məsuliyyətə cəlb edilməsi üçün ilk addımdır”, vəkil Klint Conson deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər