Vergidən yayınma ittihamı ilə ötən ilin oktyabrında Barselonada həbs olunan və ABŞ-a ekstradisiyası nəzərdə tutulan antivirus proqramı istehsalçısı Con Mkafee həbsxanada ölüb.
Teleqraf.com xəbər verir ki, İspaniyanın EFE agentliyi 75 yaşlı biznesmenin ölməsi haqda xəbərləri təsdiq edib.
Rəsmilər cəzaçəkmə müəssisəsinin həkimlərinin məsələyə dərhal müdaxilə etdiyini, ancaq bunun nəticəsi olmadığını bildirib.
Biznesmenin intihar etdiyi ehtimal olunur.
ABŞ-da 2016-1018-ci illərdə 4 milyon dollardan çox vergidən yayınmaqda ittham olunan Con Mkafee kripto valyuta satışından 23 milyon dollardan çox qazanc əldə edib.
Özü ABŞ-a milyonlarla dollar vergi ödədiyini, amma buna rəğmən günahlandırılmasını siyasi təzyiq hesab edirdi.
İspaniya yaxın dövrdə onu ABŞ-a ekstradisiya etməyi planlaşdırırdı.