26 İyun 2021 15:11
1 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Yaxın Şərq, Asiya işləri üzrə Dövlət Departamentinin müşaviri Joey Hood Türkiyə ilə Suriya arasındakı Babel-Hava sərhəd qapısını humanitar yardımlarla bağlı işlək vəziyyətdə qalması çün Rusiya ilə birgə fəaliyyətə müsbət baxdıqlarını bəyan edib.

Teleqraf.com xəbər verir ki, o, İtaliyada iştirak edəcəyi toplantı öncəsi müəyyən siqnallar verib.

Bildirib ki, 1 milyon 400 min suriyalıya yardım etmək üçün Türkiyə-Suriya arasındakı Babel-Hava sərhəd qapısı ilə bağlı məsələ gündəmə gəlib.

ABŞ diplomatı keçid məntəqəsini açıq tutmaq üçün Rusiya ilə yaradıcı şəkildə işləməyə fürsət gördüklərini açıqlayıb. Suriyada milyonlarla insanın koronavirus pandemiyası qarşısında yardıma ehtiyacı olduğunu bildirən Hood əlavə edib ki, heç kim vəziyyətin bundan daha çox pisləşməsini istəmir.

Xatırladaq ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov ötən gün Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı veto hüququdan istifadə edərək 10 avqustda fəaliyyəti müddəti bitəcək keçiş məntəqəsində işin dayandıra biləcəyini qeyd edib.

Qeyd edək ki, Moskva Suriyaya humanitar dəstəyin Bəşər Əsəd və Dəməşq üzərindən həyata keçirilməsi ideyasını müdafiə edir və başqa yollarla Suriyaya yardımların dxil edilməsinə qarşı çıxır.


Müəllif: Cavad

Oxşar xəbərlər