Rusiyanın hava və dəniz qüvvələrinin regionda olan hissələri Aralıq dənizində hərbi təlimlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Təlim çərçivəsində, yeni hipersəsli Kinjal raketlərindən istifadə edə bilən iki MiG-31K təyyarəsi Hmeymim bazasına göndərilib.
Qeyd edilir ki, Rusiya donanması və hava qüvvələrinin Aralıq dənizində başlatdığı təlimlərdə Qara dəniz donanmasının gəmiləri və sualtıqayıqları iştirak edir.