5 Noyabr 2014 07:49
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdüstan Regional Təhlükəsizlik xidmətinin əməkdaşı, Məsud Bərzaninin oğlu Məsrur Bərzani PKK ilə bağlı şok etiraflar ilə Türkiyə mediasının gündəminə düşüb.

Onun PKK haqqında müsbət fikirlər söyləməsi, bu qurumun fəaliyyətini açıq şəkildə təqdir və müdafiə etməsi İraqın şimal qonşusu olan ölkədə heç də birmənalı qarşılanmayıb.

Teleqraf.com-un məlumatına görə, Avropa Parlamentində çıxış edən Məsrur Bərzani PKK-nı heç vaxt terror təşkilatı kimi qəbul etmədiklərini söyləyib. O, PKK-nın Avropa Birliyinin terror siyahısında olmasını da qəbul etmədiklərini vurğulayıb.

Bərzaninin bu açıqlaması türk mediasında ciddi qınaq doğurub və Kürdüstan muxtariyyəti liderlərini yenidən kəskin tənqid hədəfinə çevirib.


Müəllif: