6 İyul 2021 16:58
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Xarici İşlər Nazirliyi təhsil müəssisələri şəbəkəsinin qurucusu Orxan İnandının türk xüsusi xidmət orqanları tərəfindən qaçırıldığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Türkiyənin Bişkekdəki səfiri Sadık Doğana bununla bağlı nota təqdim edilib.

“Türkiyə diplomatik nümayəndəliyinin rəhbərinə türk tərəfinin Qırğızıstan Respublikasının vətəndaşı Orxan İnandının tutularaq Türkiyə Respublikasına təslim edilməsi əməliyyatı ilə əlaqədar nota verildi”, - deyə Qırğızıstan XİN-in məlumatında deyilir.

Qırğızıstan “beynəlxalq hüququn əsas prinsiplərini və normalarını kobud şəkildə pozan” bu cür hərəkətlərin yolverilməz olduğunu qeyd edib və Türkiyəni İnandını Qırğızı Respublikasına qaytarmağa çağırıb.

Öz növbəsində türk diplomat qeyd edib ki, İnandı Türkiyə Respublikasının vətəndaşıdır və “müstəsna olaraq Türkiyə vətəndaşı kimi tanınır”, Ankara isə “qeyd olunan əməliyyatın Qırğızıstan Respublikasının ərazisində həyata keçirildiyini bəyan etməyib”.

Türkiyənin “TRT Haber” telekanalının verdiyi məlumata görə, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı İnandının Ankaranın terrorçu kimi tanıdığı FETÖ təşkilatına qarşı mübarizə çərçivəsində respublikaya gətirildiyini söyləyib.

Dövlət başçısı İnandını “FETÖ-nün Orta Asiyadakı meneceri” adlandırıb. Onun sözlərinə görə, şəxsin Türkiyəyə çatdırılması əməliyyatı Milli Kəşfiyyat Təşkilatı tərəfindən aparılıb.

“RİA Novosti” İnandının iyunun 1-də Bişkekdə itkin düşdüyünü qeyd edir. O, Qırğızıstanda 1990-cı illərin ortalarından bəri yaşayır, respublikada “Sapat” təhsil müəssisələri şəbəkəsi yaradıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər