5 Noyabr 2014 10:28
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin radikal solçuları Əl-Əqsa Məscidinin tamamimə bağlanması təklifi ilə çıxış ediblər. Teleqraf.com-un məlumatına görə, dünən namaz qılmağa gedən fələstinlilərin əksəriyyəti məscidə buraxılmayıb. 40 yaşdan aşağı fələstinlilər namazı məscidin kənarında, qonşu evlərdə qılmalı olublar.

Radikal yəhudilər bu gündən etibarən məscidi mühasirəyə almaq niyyətindədilər.


Qeyd edək ki, bir müddət öncə İsrail radikallarına etiraz edən müsəlman qadınılar “Canımız, qanımız sənə fəda olsun olsun ey Əqsa!”, “Ey ümmət, üzülmə! Allah bizimlə!” şüarlarını səsləndiriblər.


Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur.

Qurana görə, Məhəmməd peyğəmbər Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı.

Qeyri-müsəlmanların Əl-Əqsa məscidinə daxil olması qadağandır

İsrail müsəlmanların Əl-Əqsa məscidinə girişini yasaqlayıb. Buna görə də, müsəlmanlar namazlarını küçədə qılmağa məcbur olublar.

Ayxan


Müəllif:

Oxşar xəbərlər