10 İyul 2021 22:14
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Anhalt-Bitterfeld (Saksoniya-Anhalt) bölgəsinin kompüter şəbəkəsi haker hücumundan sonra iflic olub. Bölgədə fövqəladə vəziyyət elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti məlumat yayıb.

Serverlər sıradan çıxdığı üçün dairə rəhbərliyi müvəqqəti olaraq sosial müavinətləri ödəyə bilmir. Federal informasiya təhlükəsizliyi idarəsinin (BSI) rəsmiləri istintaqa cəlb edilib.

Hazırda mütəxəssislər virusu şəbəkələrdən kənarlaşdırmağa, məlumatların blokdan çıxarmağa və kompüter sistemlərinin işini bərpa etməyə çalışırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər