Ukrayna Prezidenti Vladimir Zelenski ilə Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer arasında bu gün Berlində keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq.
Teleqraf.com xəbər verir ki, ləğv qərarının səbəbləri göstərilməyib.
Danışıqlar zamanı Donbasdakı vəziyyəti müzakirə etmək planlaşdırılırdı.
Zelenski dünən Almaniya rəhbərliyi ilə Ukrayna ilə bağlı bir sıra məsələləri müzakirə etmək üçün Almaniyaya gəlib.
Ukrayna lideri səfər çərçivəsində Şimali Reyn-Vestfaliya federal əyalətinin baş naziri, Xristian Demokrat İttifaqı partiyasının lideri Armin Laşet (“Türk Armin”) ilə görüşdü.