Əfqanıstanın Loqar əyalətinin Məhəmməd Aqaxi rayonunda respublikanın təhlükəsizlik qüvvələrinin əməkdaşları radikal “Taliban” hərəkatının kəşfiyyatının başçısı Kari Şaqasini məhv ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, Kari Şaqasinin iki agenti nəzarətə götürülüb.