14 İyul 2021 10:59
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş Prokurorluğu Sisian şəhər bələdiyyə sədri, son parlament seçkilərində “Ermənistan” blokunun deputatlığa namizədi olan Artur Sərkisyanın toxunulmazlığının ləğvi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Teleqraf.com erməni media resurslarına istinadən xəbər verir ki, Sisian şəhər meri Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur.

Vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıqda ittiham olunan merin barəsində müvafiq məhkəmənin iki ay müddətində həbs qərarı çıxaracağına şübhə yoxdur.

Qeyd edək ki, Sünik (Zəngəzur) regionuna daxil olan Sisian Nikol Paşinyana qarşı aksiyaların mərkəzi hesab olunurdu.


Müəllif: Cavad

Oxşar xəbərlər