15 İyul 2021 08:24
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Serfsayd şəhərində (Florida ştatı) yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.

O qeyd edib ki, 97 nəfərin ölümü təsdiq edilib.

Qeyd edək ki, Serfsaydda çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər