15 İyul 2021 10:06
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın 12-ci prezidenti Məmnun Hüseyn 80 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, eks-prezidentin oğlu Arsalan Məmnun atasının xərçəng xəstəliyindən müalicə aldığı Kəraçidəki xəstəxanada öldüyünü açıqlayıb.

Keçən il xərçəng diaqnozu qoyulan Hüseyn son bir ildir müalicə alırdı.

Pakistan Prezidenti Arif Alvi və eks-prezidentin partiyası Pakistan Müsəlman Liqası-Nəvaz da daxil olmaqla müxtəlif siyasətçilər və siyasi partiyalar keçmiş dövlət başçısının vəfatı ilə əlaqədar başsağlığı veriblər.

1940-cı il noyabrın 23-də Hindistanın Aqra şəhərində anadan olan Hüseyn siyasi karyerasına 1969-cu ildə başlayıb.

Sind vilayətinin qubernatoru da daxil olmaqla siyasi karyerasında müxtəlif rəhbər vəzifələrdə olan Hüseyn 2013-2018-ci illərdə Pakistanın 12-ci prezidenti vəzifəsində işləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər