16 İyul 2021 17:56
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ və NATO hərbi qüvvələrinin Əfqanıstandan çıxması ilə bu ölkədəki hərbi və siyasi qeyri-müəyyənliyin artdığını bildirib.

Teleqraf.com xəbər verir ki, nazir mövcud şəraitdə qeyri-sabitliyin qonşu ölkələrə (Mərkəzi Asiya) yayılma riskinin olduğunu deyib.

Əfqanıstandakı vəziyyətin sürətlə pisləşdiyini qeyd edən Lavrov bu ölkə və ətrafında hərbi və siyasi vəziyyətin inkişafına dair qeyri-müəyyənliyin ABŞ və NATO qoşunlarının bölgədən tələsik çıxması fonunda daha da artdığını söyləyib.

“Əfqanıstan böhranı terrorizm təhdidini və misli görünməmiş bir səviyyəyə çatmış narkotik ticarəti problemini daha da artırır. Aydındır ki, mövcud şərtlərdə qeyri-sabitliyin qonşu ölkələrə yayılma riski var”, - Lavrov bildirib.

O, belə bir təhlükənin Əfqanıstanın regional əməkdaşlığa daxil olması üçün ciddi maneə olduğunu vurğulayıb:

“Orta və Cənubi Asiyanı birləşdirən enerji, logistik və nəqliyyat layihələrini təşviq etmək planları yerdəki təhlükəsizlik vəziyyətinə görə hesablanmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər