6 Noyabr 2014 01:40
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində separatçıların nəzarətində olan Luqanskda qadınların davranışı ilə bağlı sərt qadağalar tətbiq olunacaq. Belə ki, Donbasda bundan sonra kafe və gecə klublarına gedən qadınlar qeyd-şərtsiz həbs olunacaqlar.

Teleqraf.comRosbalt.ru”ya istinadən məlumatına görə, bu barədə “Novorassiya Xalq Məhkəməsi”nin briqada komandiri Aleksey Mozqov açıqlama verib. O, bütün kafe və gecə klublarının qadınlarla dolub-daşdığını bildirib:

“Patrullara göstəriş verilib. Kafedə və gecə klublarında görünən bütün qadınlar dərhal həbs ediləcəklər. Hamısı. Qadınlar, vicdanlı olun və ərlərinizə sadiq qalın. Evinizdə oturun və yeməyinizi bişirin”.

Aleksey Mozqovun bu bəyanatı alqışlarla qarşılanıb.


Müəllif:

Oxşar xəbərlər