6 Noyabr 2014 00:09
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində separatçıların nəzarətində olan bölgələrə hökumət tərəfindən maliyyə vəsaitinin ayrılması dayandırlacaq. Teleqraf.com-un məlumatına görə, bu barədə baş nazir Arseni Yatsenyuk rəsmi açıqlama verib.

O, bildirib ki, Donetsk və Luqansk əraziləri “terroçular”ın nəzarətində qaldığı müddətdə bu bölgələrə maliyyə ayrılmayacaq.

Bununla belə, nazir hökumətin bu bölgələrə qaz və elektrik verməyi davam etdirəcəyini vurğulayıb.

Separatçı regionlarda Kiyevdən müstəqilliklərinin təsdiqi məqsədilə bazar günü seçkilərin keçirilib.

ABŞ, BMT və beynəlxalq ictimaiyyətin qeyri-legitim hesab etdiyi seçkiləri indiyə qədər yalnız Rusiya tanıyıb.

Çərşənbə axşamı Ukrayna prezidenti Petro Poroşenko Rusiya tərəfdarı separatçıların yeni mümkün hücumlarının qarşısının alınması məqsədilə ölkənin cənub və şərq regionlarındakı şəhərlərdə əlavə əsgəri qüvvənin yerləşdiriləcəyini bəyan edib.


Müəllif: