ABŞ prezidenti Barak Obama silahlı qüvvələrdən İŞİD terrorçu qruplaşmasına qarşı istifadə olunmasına razılıq istəməyə hazırlaşır.
"Musavat.com" xəbər verir ki, öncələrdə Birləşmiş Ştatlar İŞİD-lə daha effektli mübarizə üçün İraqa hərbi təlimatçılar göndərmişdi. Ordu göndərilməsi ilə bağlı təklifləri isə Konqres rədd eləmişdi.
Bu arada Kanada parlamenti ölkə hərbçilərinə İŞİD-ə qarşı xüsusi əməliyyatda iştiraka icazə verib.