Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əl Nusra cəbhəsinin ölkənin cənub sərhədlərinə qədər gəlməsinin ardından Baş Qərargah rəisi general Necdət Özəli təcili qəbul edib.
Axar.az xəbər verir ki, prezident sarayında bu dəqiqələrdə yekunlaşan müzakirə bir saat çəkib.
Görüşlə bağlı mətbuata məlumat verilməsə də, ordunun Suriya sərhədinə yeridiləcəyi təxmin edilir.