20 İyul 2021 20:05
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tvitter ABŞ-ın Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının senatoru Maryore Taylor Qrinin hesabını bloklayıb.

Teleqraf.com xəbər verir ki, senatorun bloklanmasına səbəb sosial şəbəkədə 65 yaşdan aşağı olanlar üçün koronavirusun təhlükəli olmadığı, həmçinin vaksinlər və maska taxmağın məcburi xarakter daşımasının lüzumsuz olduğu haqda paylaşım etməsi olub.

Sosial şəbəkə həmin tvitləri dərhal qaldıraraq paylaşımı "yanıldıcı" olaraq dəyərləndirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər