Çin hakimiyyəti üçüncü uşağın doğulmasına görə tətbiq olunan cərimələri və digər sanksiyaları ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS Çin Xalq Respublikası Dövlət Şurasının qərarına istinadən xəbər verir.
“Sosial təminat ödəmələri ləğv edildi, müvafiq cərimələrə dair müddəalar yenidən nəzərdən keçirildi və ləğv edildi”, - deyə sənəddə bildirilir.
Sənəddə 2025-ci ilə qədər doğum səviyyəsini stimullaşdırmaq üçün aktiv tədbirlər siyasətinin hazırlanacağı qeyd olunur.