22 İyul 2021 13:11
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva lazım gələrsə, Tacikistana qarşı təcavüzün qarşısını almaq üçün tədbirlər görməyə hazırdır, bunun üçün respublikadakı 201-ci hərbi bazadakı rus hərbçiləri planlı və planlaşdırılmamış təlimlər keçirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlama verib.

“Lazım gələrsə, Moskva Rusiya-Tacikistan strateji tərəfdaşlığı və müttəfiqlik ruhuna uyğun olaraq təcavüzün və ya ərazi təxribatlarının qarşısını almaq üçün bütün tədbirləri görəcək”, - nazir müavini bildirib.

Onun sözlərinə görə, Rusiya və Tacikistan arasında müdafiə və sərhəd xidmətləri vasitəsilə intensiv təmaslar davam etdirilir və KTMT-nin prinsiplərindən fəal şəkildə istifadə olunur: “Respublikadan 201-ci hərbi bazada yerləşdirilən rus hərbçiləri planlı və planlaşdırılmamış taktiki təlimlər keçirirlər”.

O əlavə edib ki, Rusiya gələcəkdə Tacikistanın müdafiə qabiliyyətinin gücləndirilməsində kömək göstərməyə davam edəcək.

“Tacikistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə həm ikitərəfli formatda, həm də KTMT Şurasının 2013-cü il 23 sentyabr tarixli Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə dair qərarının icrası çərçivəsində kömək göstərməyə davam edəcəyik. KTMT-nin cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün əsas vasitədir”-, Rudenko qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər