ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Barns ölkədən kənarda yaşayan amerikalı diplomatlar və rəsmilərində rast gəlinən “Havana sindromu” ilə əlaqədar diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, miqren, baş ağrısı və ürək bulanması kimi narahatlığa səbəb olan “Havana sindromu” son zamanlar bir çox ölkədə görülməyə başlayıb.
Vəziyyətin nəzarətdən çıxmasından sonra açıqlama verən Barns qeyd edib ki, yoluxan 200 ABŞ rəsmisi və yaxınları arasında 100-ə yaxın CIA zabiti və onların ailə üzvləri var.
O, “Əl-Qaidə” lideri Üsamə bin Ladeninin öldürülməsi ilə yadda qalan missiyaya bu məsələ ilə əlaqədar tapşırıq verdiyini bildirib.
Barns insanlarda nevroloji problemlərə səbəb olan sindromun hələ tam müəyyənləşdirilmədiyini söyləyib.