ABŞ ordusunda qəbul olunmuş yeni qaydalara əsasən “zənci” (negro) sözündən istifadəyə icazə verilib.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu qərar neqroid irqinə mənsub olan tam və ya qismən afrika mənşəli bütün şəxslərə aid edilib. Rəsmilər bu sözün hərbi nizamnaməyə əlavə olunduğunu bildiriblər.
Qeyd edək ki, 1865-ci ilin dekabrında konstitusiyaya 13-ci düzəliş qəbul edildikdən sonra ölkədə bu sözün istifadəsi qadağan edilib. Mütəxəssislər bu sözün irqçi xarakter daşıdığını deyirlər.
Samir