27 İyul 2021 11:14
3 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan rus dilinin dövlət dili statusunu ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyədəki hakim partiyanın - AKP-nin Mərkəzi Qərar və İdarə Heyəti üzvü, millət vəkili Fatma Aksal sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Özbəkistanın rəsmi dili rus dilindən türk dilinə dəyişdiriləcək: “Qardaş Özbəkistanı təbrik edirəm”.

Türk dillər qrupuna aid olan özbək dili ölkədə rəsmi dil olaraq qəbul edilsə də, Kiril əlifbasından istifadə edildi.

Özbəkistan rəhbərliyi, qarışıqlığı aradan qaldırmaq və konstitusiya müddəasını tam həyata keçirmək üçün kiril əlifbasının istifadəsini səsverməyə qoyub, türk hərflərinin də daxil olduğu Latın əlifbasına keçib.

Qərardan əvvəl Rusiya Xarici İşlər Nazirliyi özbəklərin Özbəkistan cəmiyyətində "azlıq" statusunda olduğunu açıqlamışdı.

Moskva rəhbərliyi keçmiş Sovet respublikası olan Özbəkistanı ikitərəfli münasibətlərin tarixinə görə rus dilinin rəsmi istifadəsini qorumağa çağırmışdı. Özbəkistan Xarici İşlər Nazirliyi isə Rusiyaya verdiyi cavabda, Moskva rəhbərliyinin ölkənin daxili işlərinə müdaxilə etdiyini vurğulamışdı.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər