ABŞ Ermənistana səyahət edərkən koronavirus riski ilə bağlı qiymətləndirməsini yüksəldib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Açıqlamada Ermənistanla risk dərəcəsinin üçüncü səviyyəyə qaldırıldığı, ABŞ vətəndaşlarına “Səyahət planlarınıza yenidən baxın” xəbərdarlığı edildiyi bildirilib.
Eyni zamanda, İsrailə səyahətin risk dərəcəsi də üçüncü səviyyəyə qaldırılıb.
Qırğızıstan, İspaniya, Portuqaliya və Kipr üçün təhlükə ən yüksək, dördüncü kateqoriyaya qaldırılıb. Departament ABŞ vətəndaşlarını həmin ölkələrə səyahət etməkdən imtina etməyə çağırıb.
Ukrayna üçün təhlükə səviyyəsi ikinci səviyyəyə endirilib və vətəndaşlara ora gedərkən diqqətli olmaq tövsiyə olunub.