29 İyul 2021 14:05
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin COVID-19 Əməliyyat Komitəsi beynəlxalq səyahətlərdə tətbiq olunan bəzi karantin tələblərini aradan qaldırır.

Teleqraf.com xəbər verir ki, İngiltərə hökuməti hər iki doz vaksini vurduran Avropa Birliyi və ABŞ vətəndaşları üçün karantinə alınma qərarını ləğv edir.

Yeni qərara əsasən Avropa Birliyi vətəndaşları ölkəyə daxil olduqda “yaşıl keçid kartı”, ABŞ vətəndaşları isə təkcə COVID-19 pasportlarını göstərəcəklər.

İngiltərə ölkələri peyvənd statistikasına, xəstəlik sayına və yeni ştammların yayılmasına görə "yaşıl", "sarı" və "qırmızı" olaraq 3 qrupa ayırır. “Yaşıl“ zolağa aid etdiyi ölkələrin siyahısını isə hər 3 həftədən bir yeniləyir.

Buna görə, "qırmızı" siyahıdan olan ölkələrdən İngiltərəyə gələn ölkə vətəndaşları və burada yaşamaq icazəsi olanlar təyin olunan rüsumu ödəyib otellərdə 10 gün məcburi karantində qalacaqlar.

"Sarı" siyahıda olan ölkələrdən gələnlər təyin etdikləri ünvanda 10 gün karantində qalacaq, karantinin 2-ci və 8-ci günlərində şəxsi hesablarına PCR testindən keçəcəklər.

"Yaşıl" siyahıdakı ölkələrdən İngiltərəyə gedəcək olanlara karantin tətbiq edilmir və son 72 saatda verdikləri PCR testinin nəticələri bu insanlardan tələb olunur.

İngilislərin tətilə getdiyi ölkələrin ön sıralarında olan İspaniya, İtaliya, Portuqaliya və Yunanıstan "sarı siyahı"da yer alır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər