29 İyul 2021 22:39
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hakimiyyəti bütün qüvvələrini ölkədəki meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə hakimiyyəti bütün imkanlarını meşə yanğınlarının qarşısının alınmasına və söndürülməsinə səfərbər edib", - prezident qeyd edib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə meşə yanğınlarını milli fəlakət adlandırıb. O, qeyd edib ki, ölkənin bütün qurumları əlaqəli şəkildə yanğınla böyük bir mübarizə aparır. Prokurorluq orqanları yanğınların səbəblərini hərtərəfli araşdırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər