Muğla, Hatay və Adanada meşə yanğınları nəzarət altına alınsa da, Antalyanın Manavqat rayonunda 2 yanğınsöndürənin həlak olması ilə ümumi itkilərin sayı 6-ya çatıb.
Teleqraf.com xəbər verir ki, iyulun 28-də Manavqatda, daha sonra 26 fərqli şəhərdə başlayan yanğınlara cavab tədbirləri 4-cü gün davam edir.
Manavqatda 5, Muğlanın Marmaris rayonunda 1 nəfər həyatını itirib.
Minlərlə heyvan tələf olub, bölgədəki meşə və əkinçilik torpaqları və istixana sahələri külə dönüb. Yanğın təhlükəsi ilə üzləşən kəndlər və digər yaşayış məntəqələri boşaldılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanğın bölgəsinə gedəcəyi bildirilir.