31 İyul 2021 21:46
2 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə arasındakı ticarət həcmini 100 milyard dollara çatdırmağı planlaşdırıq.

Teleqraf.com xəbər verir ki, bunu Moskvaya səfərində Türkiyənin ticarət naziri Mehmet Muş deyib.

“Buradakı görüşlər çox yaxşı keçdi. Anlaşma memorandumunu da imzaladıq. Həllini gözləyən məsələlər vardı, bəzilərini həll etdik. Burada atdığımız addımlar ticarətimizin inkişafına kömək edəcək”, - nazir bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin tərəfindən qoyulan 100 milyard dollarlıq ticarət hədəfinə çatmaq istədiklərini vurğulayan Muş deyib:

“Balanslaşdırılmış ticarət qurmaq istəyirik. Rusiya ilə ticarəti “qazan-qazan prinsipi ilə inkişaf etdirmək niyyətindəyik”.

Qarşılıqlı ticarətin bu il 30 milyard dollara çatacağını gözlədiklərini qeyd edən Muş qeyd edib ki, bu, 100 milyard dollarlıq ticarətdə əldə edilə bilən hədəf olduğunu göstərir.

“Qarşılıqlı balanslı şəkildə ticarətimizi 100 milyard dollara çatdırmaq üçün Rusiya tərəfi ilə də razılaşdıq. Onlar da bu məqsədə çatmaq istəyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər