5 Avqust 2021 19:43
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Poznan şəhərində iki tramvayın toqquşması nəticəsində 30-dan çox şəxs xəsarət alıb.

Teleqraf.com-un məlumatına görə, xəsarət alanlardan 29 nəfəri xəstəxanalara yerləşdirilib. İki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Qəza baş verən sahədə tramvayların hərkəti dayandırılıb.


Müəllif: Teleqraf.com