“ABŞ-ın dünyadakı hegemoniyası başa çatır”.
Teleqraf.com xəbər verir ki, bu barədə “National Interest” nəşrində dərc olunmuş məqalədə bildirilib.
Məqalə müəllifi SSRİ-nin dağılmasından sonra ABŞ-ın dünyada yeganə hakim güc olaraq qəbul edildiyini, amma XXI əsrin əvvəllərində artan təhdidlərin bu tezislə bağlı şübhələrə yol açdığını yazıb.
Müəllifin fikrincə, Vaşinqtonun hegemonluğu sona çatmaq üzrədir. Bunun əsas göstəricilərindən biri ABŞ-ın Əfqanıstan və İraqda genişmiqyaslı və uzunmüddətli əməliyyatlarda üstünlük əldə edə bilməməsidir. Vaşinqton 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukraynada baş verənlərə görə Rusiyaya zəif cavab verdi. Xüsusilə Suriya və Yəməndə, eləcə də Liviyadakı böhranları həll etmək təşəbbüsünü Moskva, Tehran və Ankaraya verdi.
Məqalədə vurğulanıb ki, Vaşinqton Çinin gücünü artırmasına, Şərqi Çin və Cənubi Çin dənizlərində hökmran olmasına və “Bir yol Bir Kəmər” layihəsi vasitəsilə təsirini genişləndirməsinə mane ola bilmir. Bundan əlavə, ABŞ düşmənlərinə yaxınlaşmaq üçün uğursuz cəhdlər edir.
Qeyd edilib ki, ABŞ ordusunun Əfqanıstandan çıxarılması və 2021-ci ilin sonuna qədər İraqı tərk etmək planları onun tükənməsinin digər əlamətləridir.