Türkiyə yanğınlarla mübarizəni bitirməmiş sel fəlakəti ilə üzləşib. Qaradənizin qərbində başlayan güclü yağışlar Bartın, Sinop, Kastamonu, Samsun və Karabükdə sel və torpaq sürüşməsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Kastamonu şəhərində sel nəticəsində 2 nəfər həyatını itirib, Bartın bölgəsində isə 1 nəfər itkin düşüb.
Kastamonu, Bartın və Sinopdakı daşqınlar nəticəsində ağaclar uçub, bir çox ev və iş yerini su basıb.
Türkiyə Meteorologiya bürosunun son proqnozlarına görə, Qara dəniz, Orta Anadolunun şərq hissəsi və Şərqi Anadolunun qərb və şimal vilayətlərində yağış yağmaqda davam edir. Yağışın Orta və Qara dəniz sahillərində, Bartın, Karabük, Kastamonu və Sinop ətrafında, Kastamonunun sahil bölgələrində güclü olacaq. Sel, ildırım, dolu və sürüşmə halları gözlənilir.
Təbii fəlakətlə əlaqədar açıqlama verən Daxili İşlər Naziri Süleyman Soylu bildirib ki, bəzi bölgələrdə suyun səviyyəsinin 4 metrə çatıb. Sakinlərətəhlükə zonasından çıxmaları barədə xəbərdarlıq edilib.