Əfqanıstan hakimiyyəti ölkədəki böhranla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırıb.
Teleqraf.com xəbər verir ki, Əfqanıstan hökuməti ölkənin taleyinin təhlükə altında olduğunu bəyan edib.
Qeyd edək ki, Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən "Taliban"la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir.
Qeyd edək ki, Amerika ordusu Əfqanıstandan geri çəkiləndən sonra "Taliban" bir neçə şəhəri ələ keçirib.