ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiya, Çin və İranı COVID-19 haqqında dezinformasiyada ittiham edir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məruzəsində bildirilib.
Məruzədə Rusiya, Çin və İran hakimiyyətinə bağllı olan kütləvi informasiya vasitələrinin COVID-19-un mənşəyi ilə bağlı konspirasiya nəzəriyyələrinə marağı artırdığı iddia edilir.
“Hökumətlə əlaqəli Rusiya, Çin və İran KİV-ləri COVID-19-un mənşəyi və peyvəndlərin effektivliyi ilə bağlı konspirativ nəzəriyyələri dəfələrlə tirajlayıblar”, - deyə sənəddə bildirilir.