Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri pozuntuların və ehtimal olunan hücumların qarşısını almaq üçün müntəzəm olaraq döyüş hazırlığı dərsləri, eləcə də təlimlər keçirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, 2020-ci ilin noyabr ayından bəri sülhməramlılar 58 mindən çox nəqliyyat vasitəsi və 210 minə yaxın insanın hərəkətinin təhlükəsizliyini, ərzaq və müxtəlif malların Laçın dəhlizi ilə Qarabağa daşınmasını təmin ediblər.
MN bildirib ki, Qarabağa daxil olan hər bir avtomobil yoxlanılır:
“Gün ərzində postdan təxminən 200 avtomobil keçir”.