16 Avqust 2021 19:28
1 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstandan qaçan Prezident Əşrəf Qaninin ölkəni tərk edərkən özü ilə birlikdə 4 maşın pul götürdüyü və pulların bir hissəsinin helikopterə sığmadığı üçün uçuş zolağında qaldığı iddia edilib.

Teleqraf.com xəbər verir ki, Taliban paytaxt Kabili mühasirəyə aldıqdan sonra Qaninin tərk edərkən ölkəni külli miqdarda pulla tərk etdiyi iddia edilib.

Rusiya mediasının iddiasına görə, Əfqanıstan prezidenti pulla dolu dörd maşın və vertolyotla ölkədən qaçıb. Özüylə götürdüyü pullar helikopterə sığmadıqda banknotlar uçuş zolağında qalıb.

Rusiyanın Kabildəki Səfirliyinin sözçüsü Nikita İşçenko bildirib ki, rejimin dağılmasını ən yaxşı ifadə edən şey, Qaninin Əfqanıstandan qaçmasıdır:

“Dörd maşın pulla dolmuşdu, pulun bir hissəsini helikopterə doldurmağa çalışdılar, amma sığmadı. Pulun bir hissəsi yolda qaldı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər