Gürcüstanın “Gürcü arzusu” hakim koalisiyası parlament çoxluğunu yenidən itirib. Sözügedən siyasi blokun parlamentdə azlığa çevrilməsi isə son nəticə mövcud hökumətin istefası ilə nəticələnə bilər.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb deputat Şalva Şavqulidzenin “Bizim Gürcüstan – azad demokratlar” partiyasına keçməsi olub.
“Gürcü arzusu” fraksiyasını tərk edirəm. “Azad demokratlar” fraksiyasına keçməyə qərara almışam.”, deyə Şavqulidze bildirib.
Məlum olduğu kimi, bundan əvvəl Gürcüstanın sabiq baş nazirinin müavinin başçılıq etdiyi partiya hakim koalisiyanı tərk edib.